27 Mart 2018 11:50
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes" jurnalı yeniyetmə və gənc ixtiraçıların reytinq cədvəlini hazırlayıb.

Teleqraf.com xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan təmsilçisi də bu hesabata daxil edilib. "Forbes"in hesabatına ən gənc ixtiraçılardan biri kimi daxil edilən "İstək" liseyinin şagirdi Reyhan Camalovanın yağış suyundan enerji istehsal edən "Reynerci" ("Rainergy") qurğusu ən diqqət çəkən ixtiralardan biri olub.

Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər