Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Almaniyaya gedib.
Teleqraf.com xəbər verir ki, İsa Qəmbər Almaniyada müayinə olunacaq, habelə bir müddət orada istirahət edəcək.
Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problem yaranmışdı. O, Mərkəzi Klinikada müalicə aldı. Ötən ay isə müalicəsini Ankarada davam etdirdi.
İsa Qəmbərin Almaniyaya getməsini Müsavat Partiyasından təsdiq ediblər.