16 Aprel 2018 08:13
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Neftçala şəhər Bakıxanov küçəsi, ev 8-a ünvanında yaşayan, 1994-cüil təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Priyore” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Ölən Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenatı olub.

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com