24 Aprel 2018 00:11
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.

Teleqraf.com xəbər verir ki, “Fri Steyt Stars”ı qəbul edən “Kayze Çifs”in 0:2 hesab ilə uduzması ev sahiblərinin azarkeşlərini qəzəbləndirib.

Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava düşüb. Bundan qorxuya düşən futbolçular paltardəyişmə otağına qaçmalı olublar və polis nəzarəti altında stadionu tərk ediblər.

Polis azarkeşlərin qarşısını almaq üçün səs bombalarından və gözyaşardıcı qazdan istifadə etməli olub. İnsident nəticəsində 18 nəfər xəsarət alıb.

Xoşagəlməz olaydan sonra “Kayzer Çifs”in baş məşqçisi Stiv Kompela istefa verib. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər