23 İyun 2018 23:44
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda avtomobil piyadanı vurub.

Hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.


Müəllif: Teleqraf.com