Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.
Qax rayonu Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.