7 İyul 2018 18:15
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti leysan yağışları səbəbindən 19 prefekturada 3 milyon vətəndaşın təxliyyəsi barədə göstəriş verib.

Teleqraf.com xəbər everir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Cümə günündən başlayaraq ölkənin mərkəz və cənub-qərb hissələrinə güclü yağışlar yağmağa başlayıb. Metereoloji mərkəz 7 prefekturada fövqəladə vəziyyət elan etməli olub.

Xirosima prefekturasında yağış suları dəmir yolu xəttini dağıdıb. Okoyamada isə suyun səviyyəsi evlərin 2-ci mərtəbəsinə qədər çatır. İnsanlar binaların damına çıxaraq kömək gözləyir.

Artıq təbii fəlakət nəticəsində 46 nəfər ölüb, daha 48 sakin isə itkin düşüb.


Müəllif: Ruslan

Oxşar xəbərlər