Türkiyənin Uşak-İzmir magistralında ağır yol qəzası baş verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəmir yüklü 41 HS 730 nömrəli yük maşını işıqforda dayanmış 7 avtomobili vurduqdan sonra hadisə yerindən qaçıb.
Hadisə yerinı çox sayda polis, təcili yardım və yanğınsöndürən göndərilib. Qəza nəticəsində 3 yaşlı Mustafa ölüb. Xəsarət alan 8 nəfər təcili yardımla xəstəxanaya çatdırılıb. Həkimləri müdaxiləsinə baxmayaraq, 8 yaşlı Mələyin də həyatını xilas etmək mümkün olmayıb. Digər 17 nəfərdən 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza yerindən qaçan sürücü isə 4 km aralıda polis tərəfindən saxlanılıb.