Tailandın Pxuket adası sahillərində “Feniks” turist gəmisinin batması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
3 nəfər itkin düşmüş hesab edilir.
“Feniks” turist gəmisi iyulun 5-də Pxuket adası yaxınlığında batıb. Gəminin göyərtəsində əsasən Çindən olan turistlər olub. Fəlakətdən sonrakı ilk saatlarda balıqçılar və hərbi dənizçilər tərəfindən 49 nəfər xilas edilib.