13 İyul 2018 17:28
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda seçkiqabağı mitinq zamanı gün ərzində ikinci dəfə partlayış törədilib.

Teleqraf.com-un məlumatına görə, bu dəfə Bəlucistan əyalətində yeni yaradılmış “Bəlucistan Avami” partiyasının mitinqində hücum qeydə alınıb.

Partlayış nəticəsində azı 15 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Pakistanın qərbindəki Xayber-Paxtunkva əyalətində mitinq zamanı partlayış törədilib.


Müəllif: Teleqraf.com