Sumqayıt şəhərində quldurluq baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 30-da Sumqayıt şəhər sakini Elçin İsmayılov 3-cü polis bölməsinə ərizə ilə müraciət edib.
O, iyulun 29-da saat 23 radələrində 76-cı məhəllənin ərazisində yolun kənarında dayanarkən markasını bilmədiyi avtomobilin sürücüsünün ona yaxınlaşıb, küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xalid Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.