1 Avqust 2018 07:35
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Duranqo ştatında sərnişin təyyarəsinin qəzaya uğraması barədə yeni məlumat yayılıb.

“Aeroméxico” aviaşirkətindən bildirilib ki, təyyarə havaya qalxandan sonra güclü külək onun hərəkətinə mane olub. Pilot xüsusi məharətlə təyyarəni yerə endirə bilib. Bu zaman təyyarənin sol qanadı yerə deyib.

101 sərnişin ciddi xəsarət almadan təyyarəni tərk edə biliblər. Yüngül yaraları olan sərnişinlər yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

02:35

Meksikanın Duranqo ştatında “Aeroméxico” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, təyyarədə təxminən 100 nəfər olub.

Qəza təyyarənin Duranqo aeroportundan qalxmasından beş dəqiqə sonra - yerli vaxtla saat 16:00-da baş verib.

Nəqliyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, “Embraer 190” təyyarəsi 2431nömrəli reyslə Duranqo-Mexiko marşrutu ilə uçuş həyata keçirib.

Təyyarənin qismən dağıldığı və sağ qalanların olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı hospitallara yerləşdirilib.

Qəza nəticəsində ölənlərin olmadığını bildir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər