İstanbulun Atatürk adına beynəlxalq hava limanında Mərakeşin "Royal Air Maroc" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə "Turkish Airlines"ın layneri toqquşub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Hurriyet" məlumat yayıb.
Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə "Turkish Airlines"a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.
Hər iki təyyarə zədələnib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.