20 Avqust 2018 12:30
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qusarçay kəndi ərazisindəki kafedə Tikanoba kənd sakini Məlik Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məlik Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov