25 Avqust 2018 08:53
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Marsel şəhərində yüksəksürətli qatar vağzalın girəcəyində relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə Fransanın milli dəmiryolu şirkəti (SNCF) məlumat yayıb.

"Vağzalın girəcəyində aşağı sürətlə hərəkət edən yüksəksürətli qatarın relsdən çıxması səbəbindən Marsel vağzalında hərəkət pozulub", - deyə SNCF "Twitter" sosial şəbəkəsində səhifəsində məlumat yayıb.

Hadisə zamanı qatarda 350 sərnişin olub. "Müştəri və əməkdaşlardan heç kim xəsarət almayıb", - deyə şirkət qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər