Bu gün səhər saatlarında Sankt-Peterburqun “Pulkovo” aeroportunda qəza baş verib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva-Sankt Peterburq reysi üzrə hava limanına enən təyyarənin qanadı yanğınsöndürmə maşınına dəyib.
Verilən məlumata görə, xəsarət alan olmasa da maşına ziyan dəyib. Faktla bağlı Rusiyanın “Qələbə” aviaşirkəti araşdırma aparır.
Qeyd edək ki, bu, “Pulkovo” aeroportunda baş verən ilk qəza deyil. Bundan öncə hava limanında dəmir dirəyin aşması nəticəsində bir yaşlı qadın və nəvəsi xəsarət almışdı.