5 Oktyabr 2018 00:45
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda adam öldürməkdə ittiham edilən daha 3 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, İran vətəndaşları Yasər İslami, Mahmud Əkbəri və Ümid Xosrov Nəjad Kərəc şəhər həbsxanasında asılaraq öldürülüblər.

Edam edilənlərin məhkəmə prosesi barədə məlumat verilməyib.

Qeyd edək ki, İran İslam Respublikası edamların sayına görə, dünyada 1-ci yeri tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər