23 Oktyabr 2018 13:07
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə cinayətlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, hadisə sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində qeydə alınıb.

Kənd sakinləri İlyas Bağırov və Tamara Bağırovanın küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alması barəsində Daşkəsən rayon polis şöbəsinə daxil olan məlumatla əlaqədar hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Firdovsi Bağırov saxlanılıb.

İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub.

İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər