18 Noyabr 2018 09:07
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən təlim-təhsil mərkəzində 2005-ci il təvəllüdlü Fərəcov Kənan Mədət oğlunun xüsusi təyinatlı idman qurğusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində K.Fərəcov qurğudan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.


Müəllif: Hacı Zeynalov