20 Noyabr 2018 23:28
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə gənc qadın intihara cəhd edib.

Hadisə axşam saatlarında Cəyirli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə İlyas qızı Rəhimova yaşadığı evdə intihar etmək məqsədilə siçan zəhəri içib. Vəziyyəti ağırlaşan 20 yaşlı qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, qadına ilkin tibbi yardım göstərilib və vəziyyəti sabitləşib.

Qeyd edək ki, N.Rəhimova ailəlidir, onun altı aylıq körpəsi var. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər