Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon sakini Nüsrət Aslanov rayon ərazisində naməlum şəraitdə bıçaqlanıb.
Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmık mümkün olub.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini Nemət Alcanov saxlanılıb.
İstintaq araşdırması zamanı N.Alcanovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.