8 Dekabr 19:42

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində “VAZ-2107” və “KamAZ” markalı avtomobillər toqquşub.

DİN-dən verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini Eyvaz Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”-dakı sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Müəllif: Mənbə/Trend
Загрузка...