Bakı şəhərinin Nəsimi rayonunda “Port Baku” yaşayış kompleksinin 4-cü mərtəbəsində mənzildə elektrik naqillərində qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğın bölmələri tərəfindən tüstülənmənin qarşısı alınıb.
Hadisə zamanı iki nəfər tüstüdən zəhərlənib.