Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində Macarıstanın xarici işlər naziri Janos Martonyi ilə görüş keçirib.
Teleqraf.com-un xəbərinə görə, görüş əsnasında Azərbaycanla Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həll üçün aparılan danışıqlar barəsində məlumat verib və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
Səxavət