12 Fevral 2019 10:37
2 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, paytaxt sakini Tufan Qurbanov həyat yoldaşı Lalə Qurbanovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Tufan Qurbanov saxlanılıb.

O, istintaq verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov