Şamaxı şəhərinin yaxınlığında vulkan püskürüb.
Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Kiçik Xınıslı yaşayış massivində baş verib.
Vulkan püskürməsi iki nöqtədə olub. Yarım saat davam edən proses nəticəsində əkin sahəsi palçıq qatı altında qalıb.
Hadisə şahidlərinin sözlərinə görə, vulkanın püskürdüyü palçıq 4-5 metr hündürlüyə qalxaraq ətrafa yayılıb.
Qeyd edək ki, sözügedən ərazidə ilk dəfədir vulkan püskürür. Bu, həm ölçü, həm miqyas baxımından kiçik vulkan hesab olunur.