Rusiya paytaxtındakı kafelərdən birində Azərbaycandan və Tacikistandan olan şəxs qızla kimin rəqs edəcəyini müəyyən edə bilməyiblər. Nəticədə onlar küçəyə çıxaraq münasibətlərini ayırd etməyə çalışıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Lenta.ru hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, azərbaycanlı pnevamatik tapançasını çıxararaq qanını qaraldan şəxsi sağrı nahiyəsindən güllələyib. Güllə onun müvafiq nahiyəsini deşərək o biri tərəfə keçib, təcili yardım çağırılıb. O, hazırda xəstəxanadadır.
Münaqişəyə səbəb olan qızın milliyyətcə kim olduğu açıqlanmır. Ancaq kişilərin onun üstündə kəskin mübahisə etdikləri bildirilir.