16 Aprel 2019 12:16
67 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özəllikləri ilə bir-birindən fərqlənən 8 planet keçmişdən bu günədək istər sadə insanların, istərsə də elm adamlarının maraq dairəsində olub. İllərdir araşdırılan planetlər hər gün yeni bir sirrini açır. Aparılan araşdırmalar, əldə edilən yeniliklər bizi həyəcanlandırmaya bilməz.

Teleqraf.com planetlərlə bağlı çox az bilinən özəlliklər və əldə edilmiş maraqlı məlumatları oxuculara təqdim edir.

Yupiter

Yer kürəsindən 3 dəfə böyükdür. 300 ildən çox davam etmiş nəhəng fırtınanın əmələ gətirdiyi qırmızı nöqtəyə sahibdir. Səkkiz planet arasında Günəş sisteminin ən böyük göy cismidir. Sıx qaz kütləsindən ibarətdir. Planetlər arasında ən qısa gün Yupiterdədir. Bir nəzəriyyəyə görə, Yupiterin atmosferində almaz var və bura tez-tez almaz yağışı yağır. Maye halında böyük hidrogen okeanına sahibdir.

Saturn

Ətrafında heç bir planetdə rast gəlinməyən nəhəng həlqə fırlanır. Saturnun sadə teleskopla görünən 7 nəhəng həlqəsi var. Bir nəzəriyyəyə görə, Saturn da “almaz cənnəti”dir. Hətta Yupiterdən də nəhəng almaz ehtiyatına sahib olduğu ehtimal edilir. Saturnda bir gün 10.7 saatdır. Bir ili isə təxminən 29 dünya ilinə bərabərdir.

Mars

Mars Günəş sisteminin aylarla davam edən böyük toz fırtınalarına sahibdir. Marsdakı ən yüksək dağ zirvəsi Everestdən 3 dəfə böyükdür. “Qırmızı planet”də orta temperatur 63 dərəcədir. 687 dünya günü 1 Mars ilinə bərabərdir. Mars ən çox kosmik vasitə göndərilən planetdir. Marsın qırmızı görünməsinin səbəbi planetin torpaq və atmosferindəki tozlarda olan dəmirin oksidləşməsindən əmələ gələn rəng dəyişikliyidir.

Neptun

Neptunun 1 günü dünya saatına görə 16 saat, 1 ili isə 165 dünya ilinə bərabərdir. Neptuna çatmış yeganə kosmik aparat “Voyager 2”dir. Bu planetdə Yupiterdəki küləklərdən 3 dəfə, Yerdəki küləklərdən isə 9 dəfə böyük küləklər əmələ gəlir.

Uran

Uranın Yer kürəsi ölçüdə bir planetlər toqquşmasından sonra əmələ gələn qeyri-adi əyriliyə sahib olduğu ehtimal edilir. Urandakı bir gün 17 dünya saatı edir, Uranın 1 ili 84 dünya ilinə bərabərdir. Digər 7 planetdən fərqli olaraq, Uran da Venera kimi əks istiqamətdə fırlanır. Uran Günəş sisteminin ən soyuq planetidir.

Merkuri

Günəşə ən yaxın planet olan Merkuridə istilik 450 dərəcəyə qədər yüksələ bilir. Gecə isə temperatur -170 dərəcəyə qədər düşə bilir. Merkuri XXI əsrdə (2001-2100) 14 dəfə Günəşin qarşısından keçəcək. Bizi gözləyən növbəti Merkuri keçidi bu ilin noyabrın 11-də baş tutacaq.

Venera

İstixana effektinin yüksək dərəcədə olduğu və Günəşə yaxın ikinci planet olan Venerada istilik bir gülləni əridəcək istilikdən daha yüksəkdir. Bu planetdə temperatur 465 dərəcəyədək yüksələ bilir. Bu, Veneranın səthində qabarıqların yaranmasına səbəb olur. Meteorit və quyruqlu ulduzlarla toqquşmasından sonra yaranan bol kraterli səthi Ayın kraterli səthinə çox oxşayır.

Yer kürəsi

Qalaktikada həyat və nəfəs almağın mümkün olduğu atmosferə sahib olduğunu bildiyimiz və oxşarı olmayan yeganə planet Yer kürəsidir. Digər 7 planet arasında adı mifologiyadan götürülməyən yeganə planet də dünyadır. Dünyanın öz orbiti ətrafındakı hərəkəti hər yüz ildə təxminən 17 ms yavaşlayır. Yəni, gün müddəti uzanır. Dünya hər il Günəşdən 1.5 sm uzaqlaşır. Bu uzaqlaşma məsafəsi qarşıdakı 65000 ildə təxminən 1 km olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu