22 Aprel 2019 00:13
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəfov Elsevər Nəcəfalı oğlu idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq hadisə yerindəölüb. E.Nəcəfovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com