2 May 2019 23:27
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə "Neapol" dairəsində qeydə alınıb.

Belə ki, 10-NE-255 dövlət nişanlı, "Chevrolet Niva" markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.


Müəllif: Teleqraf.com