4 May 2019 20:59
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də Hacıqabul rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub.

1983-cü il təvəllüdlü Rəncbər kənd sakini Abasov Rakif Mirzəxan oğlunun verdiyi vədə əməl etmədiyi üçün özünü asdığı müəyyənləşib.

Bir neçə ildir Bakıda kirayədə yaşayan Rakif Abasov kəndə gedərək yaxınları ilə son dəfə görüşüb. Günorta saatlarında isə qonşularıgilə gedərək, onlarla vidalaşıb. Daha sonra ata evinə gələn Rakif kimsənin olmadığından istifadə edərək, həyətdəki çanaqlı antenanın dəmirindən özünü asaraq intihar edib. Təsadüfən evin qarşısında Rakifin asılı vəziyyətdə oduğunu görən qonşular onun həyatını xilas etməyə cəhd göstərsələr də, artıq gec olub.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Evdən Rakifin yazdığı məktub tapılıb.

“Mən verdiyim vədə əməl edə bilmədim, ona görə, yaşamağı özümə sığışdırmadım. Məni anamın yanında dəfn edərsiniz”, - deyə o məktubda yazıb.

Yaxınlarının dediyinə görə, Rakif Abbasov zəhmətkeş adam olub. Amma onun özünü asaraq intihar etməsinin əsl səbəbi hamıya qaranlıq qalıb.

Mərhumun azyaşlı 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər