“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”
Teleqraf.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynadakı Azərbaycan səfiri Eynulla Mədətli Xarkovda "İnnovasiyalar. İnvestisiyalar. Xarkovlu inisialları" iqtisadi forumda çıxışı zamanı danışıb.
Səfir tezliklə Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsini istədiyini qeyd edib.
Eyni zamanda bildirib ki, Azərbaycan hökuməti Ukrayna ilə ikitərəfli münasibətlərin dəstəklənməsinə və inkişafına böyük diqqət yetirir.
Samir