İranın qərbində Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, Tehran Universiteti Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ 8 km dərinlikdə baş verib.
Kirmanşah əyalətinin tabe olan İraq sərhəddindəki Ezgule qəsəbəsində zəlzələ yerli saatlar 14:58-də baş verib.
Zəlzələ nəticəsində ölən, yaralanan və ya dağıntıların olması barədə heç bir məlumat verilməyib.