Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, dənizdə, istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) yıxılaraq xəsarət alması və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib.
Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.