27 May 2019 12:31
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yaşayış evlərindən birinə basqın olub.

Teleqraf.com xəbər verir ki, mayın 20-də rayon ərazisindəki evlərdən birinə girən şəxslər ev sahibəsinin əl və ayaqlarını kəndir, yapışqanlı lentlə bağlayıblar.

Onlar evdən 3000 rubl, mobil telefon və 3000 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakinləri V.Şəfiyev və əvvəllər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş Y.Kazımov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər