29 May 2019 01:15
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malidə yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 20 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, yol qəzası ötən gün gündüz saatlarında ölkənin Kulikoro səhəri ətrafında baş verib.

Malinin nəqliyyat naziri İbrahima Əbdül Əli və təhlükəsizlik və mülki müdafiə naziri Salif Traore zərərin qiymətləndirilməsi üçün hadisə yerinə gəliblər.

Məlumata əsasən, yaralılar Malinin paytaxtı Bamakoda yerləşən xəstəxanaya göndərilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər