Zərdab rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 810 manat, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlanıb.
Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Zərdab rayon polis şöbəsinə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.