9 İyun 22:26
201

Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb.

Teleqraf.com xəbər verir ki, hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.

Yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çıxararaq sərnişinləri oradan düşürüb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.


Müəllif: Teleqraf.com