Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bayan kəndi ərazisində Bakı şəhər sakini E.Ağakərimova idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü və sərnişinlərindən 50-55 yaşlı qadın hadisə yerində ölüb, digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.