9 Sentyabr 2014 17:26
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev sentyabrın 9-da Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizlə Avropa İttifaqının əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər