İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan 5 məhkum edam olunub.
Teleqraf.com xəbər verir ki, dar ağacından asılan məhkumlardan 4-ü qətldə, 1-i isə narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinib.
Bir neçə gün əvvəl edama hazırlıq üçün təkadamlıq kameralara köçürülən məhkumlar (Məcid Həsənzadə, Hənif Mütəhhəri Nejad, Qurban Məhəmməd Süleymani, Mehdi Burbur və adı açıqlanmayan daha bir məhkum) Kərəc həbsxanasında dara çəkilib.
Edam edilən məhkumların məhkəmə prosesi barədə məlumat verilməyib.