11 İyul 22:22

Bakıda yol qəzası baş verib.

Hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report