Rusiyanın Tuva Respublikasında iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər, həmçinin üç uşaq ölüb.
Bu haqda dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyi bildirib.
Məlumata görə, “Toyota Camry” avtomobili qarşı hərəkət zolağına çıxaraq “Lada Priora” markalı avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsində hər iki sürücü və “Lada”nın beş sərnişini həlak olub.
Bir sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.