20 İyul 2019 12:30
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç Fatma adlı tanıdığı qadın tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Məlumata görə, onlar sevgili olublar.

Aralarında yaranan münaqişə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov