31 İyul 2019 14:11
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda saxta əskinas yayan şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

Görülmüş tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma)maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər