Avqustun 3-də Pirqulu stansiyasından 10 kilometr cənub-qərbdə - Ağsu rayonunun ərazisində maqnitudası 3.5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:40-da qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.