12 Sentyabr 2014 09:48
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu bu gün namizədliyini irəli sürəcək.

Teleqraf.com xəbər verir ki, bu gün saat 11.00-da iqtisadçı alim Qubad İbadoğlu Müsavat Partiyasının qərargahında bu partiyanın başqanlığına namizədliyini elan edəcək, öz platformasını açıqlayacaq. Eyni zamanda tədbirdə Q.İbadoğlu vətəndaş cəmiyyəti sektorunda seçkili orqanlarda tutduğu vəzifələrdən istefasına dair məlumatı da jurnalistlərlə bölüşəcək, sualları cavablandıracaq.

Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında yeni başqan seçiləcək. Namizədlərin irəli sürülməsi sentyabrın 17-də başa çatır.

Başqan olmağa əsas iddiaçılar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoydur. Tural Abbaslı avqustun 28-də, Arif Hacılı isə sentyabrın 9-da başqanlığa namizədliyini rəsmən irəli sürüb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər