Bakının Nərimanov rayonunda silahlı inisdent olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Atatürk prospektində baş verib.
Naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan atəşl açaraq xəsarət yetirib.
Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.
Bakı şəhər Baş Polis İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.