Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hanuba kəndində baş verib.
Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.