18 Sentyabr 2019 13:13
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 2-də Kürdəmir rayonu Mürtülü kənd sakini Təbriz Abışov polis şöbəsinə ərizə ilə müraciət edib, ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlıqlarının və geyim əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Kürdəmir rayon polis şöbəsinin xinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov